BAKI, 19 fev — Sputnik. Dünən "Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 163 gənc pəhləvan mübarizə aparıb. Günün sonuna kimi yarışın ən güclüləri müəyyənləşib.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur. Qeyd edək ki, yarışlar bu gün də davam edəcək. Bu gün Yunan-Roma güləşi üzrə gənclər öz qüvvələrini sınayacaqlar.
Sərbəst güləş üzrə gənclər arasında Respublika Çempionatının 18 fevralda keçirilən yarımfinal və final yarışlarının nəticələri aşağdakı cədvəldə əksini tapıb:
50 kq |
55 kq |
60 kq |
66 kq |
74 kq |
84 kq |
96 kq |
120 kq |