BAKI, 19 fev — Sputnik. Ankaradakı terror aktından sonra, ölkənin kəşfiyyat sistemindəki boşluqlar məsələsi gündəmə gəlib. Bu arada, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 7 yanvar 2016-ci il tarixli kəşfiyyat məlumatı və orada dövlət qurumlarının PKK tərəfindən terror təhlükəsi barədə məlumatlandırıldığı ortaya çıxıb. Üstəlik o xəbərdarlıqda nəqliyyat vasitələrinin park edildiyi sahələr də var.
Sputnik "CNN Türk"-ə istinadla xəbər verir ki, MİT-in ən son 7 yanvar 2016-ci il tarixli yazısı Prezident, Baş nazirlik başda olmaqla, Türk Silahlı Qüvvələri və əlaqədar bütün təşkilatlara göndərilib. Xəbərdarlıqda İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə PKK-nın canlı bomba və təxribat hərəkətləri planlaşdırdığı yer alıb.
MİT-in məxfi məktubunda Türk Silahlı Qüvvələri ilə təhlükəsizlik mənsublarının istifadə etdiyi marşrutların və xidmət toplanma yerlərinin hədəf ola biləcəyi xəbərdarlığı əks olunub. Məktubda mümkün risqli bölgələr arasında Ankara Kızılaya da yer verilib və lazımi tədbirlərin alınması tövsiyə edilib.