SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarov Gürcüstana niyə gedib?!

© Sputnik / РИА Новости / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Эльмар Мамедъяров
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
Abunə olmaq
Tiflisdə üç ölkənin və Gürcüstan azərbaycanlılarının problemləri müzakirə olunacaq.

BAKI, 18 fev-Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb. 

Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tiflis şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak etməkdir.

Bu, üç ölkənin nazirlərinin bu formatda beşinci görüşü olacaq.

Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
SİYASƏT
Türkiyənin xarici işlər naziri Bakıdadır

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu gün Azərbaycanda işgüzar səfərdə olub. O, həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə, həm də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Mevlüt Çavuşoğlu Gürcüstana Azərbaycandan gedəcək.

Onu da qeyd edək ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının idarə heyətinin üzvü, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Sputnik-ə bildirmişdi ki, E.Məmmədyarovun Tiflis səfəri zamanı iki ölkə arasındakı münasibətlər, o cümlədən, orada yaşayan azərbaycanlıların problemləri müzakirə ediləcək.

Əli Babayev demişdi: "Azərbaycan məktəbləri çox pis gündədir. Çünki kadr problemi var. Azərbaycanlı kadrlar lazımdır. Burada Azərbaycan dili inkişaf etdirilməlidir, ancaq dövlət dili gürcü dili olduğu üçün gərək azərbaycanlılar da bu dili öyrənsinlər. Mədəniyyətlə bağlı problemlər var ki, bu da həll olunasıdır. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Gürcüstana gələcək. Mövcud problemləri danışıb həll edəcəklər."

Xəbər lenti
0