Ankara terrorunun hədəfi türk hərbi pilotları olub

© AFP 2024 / STRINGERAnkara patlama
Ankara patlama - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə terror nəticəsində 22 hərbi pilot qətlə yetirilib.

BAKI, 18 fev-Sputnik. Dünən Türkiyənin paytaxtı Ankarada törədilən partlayış nəticəsində ölən 28 nəfərdən 22-si hərbi pilotdur.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ülkü televiziyası məlumat yayıb. Telekanal bununla bağlı ölkədə matəm elan olunmasını tələb edib.

Qeyd edək ki, Ankarada hərbçiləri yaşadığı ərazidə, Türkiyə Böyük Millət Məclisinin yaxınlığında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfərsə xəsarət alıb. Ölkənin prezidenti və baş naziri terror aktını PYD-YPG qruplaşmasının törətdiyini bəyan ediblər.

Ankarada baş vermiş terror aktı nəticəsində 29 nəfərin öldüyü, 61 nəfərinsə yaralandığı qeydə alınıb. Türkiyə paytaxtının mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsindəki terror hücumu saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib.

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb.

Rusiya Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
SİYASƏT
Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. O, Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcəkdi.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək bu barədə məlumat verib. Nəticədə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini qeyd edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Xəbər lenti
0