Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN: "Barbarcasına törədilmiş cinayətə haqq qazandırmaq mümkün deyil. Onun təşkilatçıları və təhrikçiləri baş verənlərə görə cavab verməlidir"

BAKI, 18 fev — Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi 17 fevralda Ankarada baş verən terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib. Sputnik-in məlumatına görə, bu barədə Rusiya XİN-in saytında xəbər yerləşdirilib.

"Fevralın 17-də Ankarada baş verən terror aktında həlak olanlarla bağlı Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların qohumlarının və yaxınlarının kədərinə şərikik. Bu müdhiş aksiya nəticəsində yaralananların tez bir zamanda sağalmasını arzu edirik", —deyə başsağlığı mətnində bildirilir.

Rusiya XİN bəyan edir ki, barbarcasına törədilmiş cinayətə haqq qazandırmaq mümkün deyil: "Onun təşkilatçıları və təhrikçiləri baş verənlərə görə cavab verməlidir. Baş verənlər bir daha göstərir ki, beynəlxalq terrorçuluğa qarşı mübarizədə bütün dövlətlərin birliyi vacibdir".

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara - Sputnik Azərbaycan
VİDEO
Ankarada dəhşətli terror

Qeyd edək ki, Ankarada baş vermiş terror aktı nəticəsində 29 nəfərin öldüyü, 61 nəfərinsə yaralandığı qeydə alınıb. Türkiyə paytaxtının mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsindəki terror hücumu saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib. 

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb.

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. O, Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcəkdi.

Hüseyn Cabiri Ənsari, İran Xarici İşlər Nazirliyinin sözçüsü - Sputnik Azərbaycan
SİYASƏT
İrandan Ankara terroru ilə bağlı açıqlama gəldi

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək bu barədə məlumat verib. Nəticədə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini qeyd edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Xəbər lenti
0