Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Atəşdə doğulan yemək: Azərbaycan “Saciçi”sinin resepti

Abunə olmaq
"Saciçi" – sacın – universal qalxanabənzər çuqun qabın - içində hazırlanan yeməkdir. Sacdan bir sıra ölkələrdə istifadə olunur. Onun üst hissəsində lavaş bişirirlər, içində isə ət, balıq və tərəvəz qızardırlar.

"Saciçi" — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir, hansı ki, onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur" — deyə Bakının "Yarpaq" restoranının baş aşbazı Tamam Daşdəmirova Sputnik-ə bildirib.

"Qədim azərbaycanlılar birbaşa bu tavada hazırlanan nəfis yeməyə onun bişirildiyi qabın adını veriblər. Sac həmişə böyük məclislər üçün hazırlanır " — deyə baş aşbaz bildirib.

Hazırlanma prosesində xörəyin yağına əlavə edilən bütün komponentlərin dadı bir-birini tamamlayır. "Saciçi"nin hazırlanması üçün əsas inqridientlər bunlardır: Qoyun əti (dana əti və toyuq əti də götürmək olar) — 300 qr, şampinion — 100 qr, bolqar bibəri —3 ədəd, pomidor — 3 ədəd, doğranmış soğan — 200 qr, kartof — 4 ədəd, badımcan — 3 ədəd, nar dənələri — 100 qr, zeytun yağı, lavaş, duz və zövqə görə ədviyyatlar.
Əvvəlcə qoyun ətini kiçik tikələrə doğramaq lazımdır. Soğanı təmizləyərək yarımhalqa şəklində, şampinionları isə iri-iri doğrayırsız. Qızdırılmış tavaya ilk olaraq soğan və göbələyi tökün, sonra ora əti əlavə edib qızılı rəngə çalana qədər 5-7 dəqidə qızardın. İndi duz və istiot vurmaq, nar dənələrini əlavə etmək olar. Kartofu və badımcanı təmizləyib iri doğramaq lazımdır. Bibərləri yuyandan sonra hər birini 8 hissəyə bölün. Başqa tavada növbə ilə kartofu, badımcanı, bibəri və pomidoru hazır olana qədər qızardın. Sıra ilə saca kartofu, sonra da qızılı rəngdə olan badımcan və bibərləri düzün. Ortasını pomidorla bəzəyin və üzərini lavaşla örtün.
Tamam Daşdəmirovanın dediyinə görə, sacı isti-isti yemək lazımdır. Ona görə də, sacı manqaldakı zəif odun üstünə qoymaq lazımdır ki, yemək soyumasın.
Bir sözlə, kulinarların fantaziyası sərhəd tanımır.

Xəbər lenti
0