Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Biz Türkiyə ilə Rusiya arasında seçim edə bilmərik"

© Sputnik / Aleksey DruzhininPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Ərdoğanın Bakı səfərinin detallarını şərh edirlər: "Türkiyə bizim strateji müttəfiqimizdir, amma, Rusiyada qonşu dövlətdir və normal münasibətlərimiz var"

Biz Türkiyə və Rusiya arasında seçim edə bilmərik
BAKI, 17 fev — Sputnik. Fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayacaq. Ziyarət çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək, regional və qlobal əhəmiyyətli bir sıra problemlər, təhlükəsizlik məsələləri, habelə iki ölkənin iştirakçı olduğu mühüm enerji və nəqliyyat layihələri ətrafında müzakirələr aparılacaq.

Regionda kəskinləşən siyasi vəziyyətdə iki qardaş ölkənin qarşısında hansı vəzifələr dayanır? Bu səfərin Azərbaycan üçün mühüm nəticələri ola bilərmi?

Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Ərdoğanın Gəncə səfəri təxirə düşdü

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, bu səfər zamanı daha çox iqtisadi-ticarət əlaqələri gündəmdə olacaq. O, Sputnik-ə açıqlamasında bildirib ki, rəsmi olaraq Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasıdır: "Hər il bu toplantı ya Türkiyədə keçirilir, ya da Azərbaycanda. Bu il Azərbaycanın növbəsidir. Düşünürəm ki, daha çox iqtisadi-ticarət əlaqələri gündəmdə olacaq. Çünki, Bakı-Tiflis-Qars lahiyəsi də bitmək üzrədir. Şahdəniz yatağından çıxarılacaq qazın çatdırılmasını, Türkiyə çalışır ki, sürətlə başa vursun. Boru xətti tezliklə istifadəyə veriləcək. Bu, Azərbaycanın da maraqlarına uyğundur".

E.Şahinoğlu bildirir ki, indi Azərbaycanda iqtisadi və sosial vəziyyəti nəzərə alsaq, onun Türkiyənin iri həcmli kapitalına ehtiyacı var: "Bu istiqamətdə də geniş fikir mübadiləsi gözlənilir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynaya bilməsə də, bu istiqamətdə də fikir mübadiləsinin aparılması istisna edilmir".

Politoloq Fikrət Sadıxovun sözlərinə görə isə, Ərdoğanın Azərbaycana səfəri zamanı həm qlobal, həm də regional formatda bir sıra məslələrə aydınlıq gətiriləcək. "Mən inanmıram ki, Ərdoğan Suriya ilə bağlı yaranmış münaqişədə Azərbaycanı öz tərəfinə cəlb etmək israrı ilə çıxış etsin. Çünki, Ərdoğan başa düşür ki, Azərbaycanın özünün kifayət qədər problemi var. Azərbaycanın Qarabağ problemi indiyə kimi həll olunmayıb. Bu problemlə məşğul olan bir sıra dövlətlər və eyni zamanda Rusiyanın özü də Minsk qurupunun həmsədrlərindən biridir. Yəni ki, burada bir sıra incə məqamlar var. Amma, biz dəfələrlə bəyan etmişik ki, biz Türkiyə ilə iki tərəfli münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Bunu edəcəyik və həmişə Türkiyənin yanında olmuşuq", —deyə politoloq Sputnik-ə açıqlamasında vurğulayıb.

Türkiyə-Rusiya qarşıdurmasının davam etdiyi bir zamanda reallaşacaq bu səfərin həm Azərbaycan, həm də Türkiyənin maraqları baxımından mühüm nəticələr verə biləcəyi istisna edilmir. Bəzi təhlilçilərə görə, Ərdoğanın səfəri zamanı unikal imkanlara malik ölkə kimi Azərbaycandan Rusiya-Türkiyə barışığı üçün vasitəçilik istənilə bilər.

Moskvada Kreml - Sputnik Azərbaycan
Moskva Rusiya-Türkiyə gərginliyinin yumşaldılmasında vasitəçilərə ehtiyac görmür

Elxan Şahinoğlu bildirir ki, Rusiya və Türkiyənin ortaq məxrəcə gəlməsi Azərbaycanın maraqlarına daha çox uyğundur: "Əlbəttə, Türkiyə bizim strateji müttəfiqimizdir, amma Rusiya da qonşu dövlətdir və normal münasibətlərimiz var. Biz seçim edə bilmərik. Bizim açıqlayacağımız iki şey ola bilər. Biz Suriyanın ərazi bötüvlüyünün tərəfdarıyıq və Suriyada sülh arzulayırıq. Amma, digər detallara vara bilmərik. Kimsə bizdən tələb də edə bilməz ki, biz hansısa koalisiyaya qoşulaq. Çünki, indi Səudiyyə Ərəbistanı da bir İslam koalisiyası təşkil edir və Azərbaycanı da orada görmək istəyir. Azərbaycan obyektiv olaraq o koalisiyada yer almayacağına dair müəyyən siqnallar göndərib".

"Eyni zamanda Suriya məsələsində Rusiya və İranın mövqeyini də dəstəkləyə bilmərik. Maraqlarımıza ən çox cavab verən durum odur ki, Rusiya və Türkiyə ortaq məxrəcə gəlsin. Ola bilsin ki, prezident İlham Əliyev yenə də öz vasitəçiliyini təklif etsin. Çünki, Türkiyə-Rusiya münasibətlərinin gərgin qalmasının Azərbaycana da mənfi təsirləri olur", —deyə təhlilçi vurğulayıb.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Bakıda ötən il iyunun 12-də olmuşdu. O vaxt o, Rusiya prezidenti Vladimir Putinlə birgə I Avropa Oyunlarının açılış mərasiminə qatılmışdı.

Xəbər lenti
0