BAKI, 17 fev-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycanın Gəncə şəhərinə planlaşdırılan səfəri təxirə salınıb. Türkiyənin Azərbaycandakı səfirliyindən Sputnik-ə verilən məlumata görə, hava şərtləri ilə əlaqədar olaraq, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi birbaşa Bakıya eniş edəcək.
Sabah Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası olacaq. Ərdoğan da bu iclasa qatılmaq üçün Azərbaycana gəlir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Paytaxt və yarımadada temperatur 4-7 dərəcə aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah və birisigün paytaxt və yarımadada temperatur 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.