Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Fərat çayı Türkiyənin "qırmızı xətti"dir, kim onu keçərsə..."

© Photo : Şəxsi arxivindənYusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq
Yusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Yusuf Çınar: "Türk ordusunun PYD-ni bombalaması onu deməyə əsas verir ki, Türkiyə Suriyada quru əməliyyatlarına başlaya bilər"

BAKI, 17 fev — Sputnik. "Türkiyə PKK-nın Suriyadakı qolu olan PYD-nin Fərat çayının qərbinə keçməsini istəmir və bunu "qırmızı xətt" olaraq gördüyünü bəyan edir. Lakin buna baxmayaraq PYD silahlıları Rusiyanın dəstəyinə arxalanaraq bu çizgini keçməyə çalışır".

Yusuf Halaçoğlu, TBMM_nin üzvü - Sputnik Azərbaycan
SİYASƏT
Türkiyədən PKK-nı dəstəkləyən dövlətlərə sərt ismarıc

Bunu Sputnik-ə açıqlamasında türkiyəli politoloq Yusuf Çınar deyib. Onun sözlərinə görə, gərginliyin böyüməsinə səbəb PYD terrorçularının Suriyanın şimalında əlavə torpaqlar ələ keçirməsidir: "Bu da Ankaranı qıcıqlandırır. PYD Rusiyanın dəstəyi ilə bölgəyə yayılmağa çalışdığı müddətcə iki ölkə arasında münasibətlər daha da gərginləşəcək".

Yusuf Çınarın qənaətincə, türk ordusunun PYD-ni bombalaması onu deməyə əsas verir ki, Türkiyə Suriyada quru əməliyyatlarına başlaya bilər: "Ankara bununla demək istəyir ki, əgər Türkiyə dövlətinin müəyyənləşdirdiyi "qırmızı xətt" keçilərsə, Suriyaya ordu yeridəcək. Bu istiqamətdə Türkiyə ilk həmləsini gerçəkləşdirdi".

Politoloq Rusiyanın Türkiyənin həmləsinə necə cavab verə biləcəyini də dəyərləndirib: "Rusiya iki seçim qarşısında qalıb. Ya PYD silahlarına daha çox maddi texniki dəstək verməlidir, ya da öz əsgərlərini meydana salaraq PYD-nin qarşısını açmalıdır. Lakin ikinci variant çox təhlükəlidir, çünki bu zaman türk ordusu ilə üz-üzə gəlmə riski mövcuddur".

Xəbər lenti
0