Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft ölkələrindən mühüm qərar: istehsal dondurulur

© news.ngsSəudiyyə Ərəbistanı - neft
Səudiyyə Ərəbistanı - neft - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin neft nazirləri, neft bazarında sabitliyin təmin edilməsi üçün istehsalı yanvar ayı səviyyəsində dondurmaq barədə razılığa gəliblər

BAKI, 16 fev — Sputnik. Qətərin paytaxtı Dohada bir araya gələn Rusiyanın, Səudiyyə Ərəbistanının, Venesuelanın və Qətərin neft nazirləri, neft bazarında sabitliyin təmin edilməsi üçün, istehsalı yanvar ayı səviyyəsində dondurmaq üçün razılığa gəliblər.

Bakıda neft nasosları - Sputnik Azərbaycan
Brent markalı neft 34,5 dollara qədər bahalaşıb

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, toplantından sonra təşkil edilən mətbuat konfransında Qətərin enerji naziri toplantının uğurla keçdiyini və 4 ölkənin istehsalı yanvar ayı səviyyələrində dondurmaq ilə bağlı razılaşdıqlarını söyləyib. Qətərin enerji naziri, atılan bu addımın bazarda sabitliyi təmin edəcəyinə inandıqlarını deyib.

Venesueladan olan neft naziri isə verdikləri qərarı izah etmək üçün sabah Tehranda İran və İraq neft nazirləri ilə bir araya gələcəyini bildirib. Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi də istehsalın yanvar ayı səviyyəsində dondurulmasının kafi olacağını düşündüklərini söyləyib. O, OPEC üzvü olan və olmayan istehsalçıların ortaya qoyulan təklifi tətbiq edəcəklərinə ümid etdiyini bildirib.

Xəbər lenti
0