BAKI, 16 fev — Sputnik. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,29 dollar artaraq 30,73 dollar təşkil edib.
Sputnik-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,17 dollar artaraq 34,56 dollar olub.