CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni Bakını qurarkən köhnəni tamamilə məhv etməyin

Abunə olmaq

Bakıda keçmiş Sovet küçəsi ilə "Beşmərtəbə" arasındakı ərazidə Böyük Bakının inkişaf planına əsasən söküntü işləri davam etdirilir. Artıq 2 minədək yaşayış evi və müxtəlif tikililər sökülüb. Təəssüf ki, bu işə cəlb olunmuş ekskavatorlar memarlıq və tarixi cəhətdən dəyərli olan tikililəri də məhv edirlər. Mirzağa Əliyev 115 ünvanında yerləşən evi də belə bir aqibət gözləyir. 

Bu ev nə ilə əlamətdardır? O 1889-cu ildə Qulam Mirzə Şərifzadə tərəfindən tikilib. Memar dahi Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadənin böyük qardaşıdır. Aktyor uzun illər məhz bu evdə yaşayıb. Bu evdə bir çox məşhurlar qonaq olublar: Hüseyn Cavid, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və s. Bina sözsüz ki, tarixi əhəmiyyət daşıyır. Bundan əlavə, bu ev barəsində memarlıq professoru Şamil Fətullayev-Fiqarovun "XIX əsr — XX əsrin əvvəllərində Bakıda şəhər quruculuğu" kitabında söz açılır. 

Tarixi və yaxud memarlıq baxımından əhəmiyyət daşıyan tikililərin sökülməsi yalnız onların qəza vəziyyətində olması halında mümkündür. Lakin təcrübə göstərir ki, bizdə sökülməni formal olaraq əsaslandırmaq üçün binaların qəza vəziyyətinə çatdırılması mümkündür. 

Şübhəsiz ki, bütün böyük şəhərlərin görkəmi zamanın, memarlıqda yeniliklərin, demoqrafik vəziyyətin tələbi ilə dəyişir. Lakin hər yerdə memarlıq və tarixi abidələri saxlamaq üçün alternativ qərarlar qəbul olunur. Bu məqalə dərc olunarkən bəlkə də Şərifzadənin yaşadığı ev sökülüb. Lakin ümid etmək istəyirik ki, şəhərin planlaşdırılmasına və yenidən qurulmasına cavabdeh olan məmurlar Bakının tarixi simasının qorunması üçün lazımi qərarları qəbul edəcəklər.

© Sputnik / Murad OrujovAktyor Abbas Mirzə Şərifzadənin yaşadığıevin fasadı.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
1/8
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığıevin fasadı.
© Sputnik / Murad OrujovAktyor Abbas Mirzə Şərifzadənin məhz bu evdə yaşadığını sübut edən lövhə.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
2/8
Aktyor Abbas Mirzə Şərifzadənin məhz bu evdə yaşadığını sübut edən lövhə.
© Sputnik / Murad OrujovAktyor Abbas Mirzə Şərifzadənin yaşadığı evin əsasə girişində Qulam Şərifzadənin ad və soyadının baş hərfləri həkk olunub.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
3/8
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı evin əsasə girişində Qulam Şərifzadənin ad və soyadının baş hərfləri həkk olunub.
© Sputnik / Murad OrujovMirzağa Əliyev küçəsində yolun əks tərəfində olan evlərin demək olar ki, hamısı sökülüb.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
4/8
Mirzağa Əliyev küçəsində yolun əks tərəfində olan evlərin demək olar ki, hamısı sökülüb.
© Sputnik / Murad OrujovAktyor Abbas Mirzə Şərifzadənin yaşadığı evin daxili həyəti.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
5/8
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı evin daxili həyəti.
© Sputnik / Murad OrujovMirzağa Əliyev küçəsində 115 və 116 saylı evlərin arasındakı tin.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
6/8
Mirzağa Əliyev küçəsində 115 və 116 saylı evlərin arasındakı tin.
© Sputnik / Murad OrujovKeçmiş sakinlərin atdıqları musiqi kitabları, plastinkalar və not dəftərləri bu evdə yaradıcı adamların yaşadıqlarını göstərir.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
7/8
Keçmiş sakinlərin atdıqları musiqi kitabları, plastinkalar və not dəftərləri bu evdə yaradıcı adamların yaşadıqlarını göstərir.
© Sputnik / Murad OrujovSökülmüş evin sakinlərinin qəzəbli müraciəti.
Aktyor Abbas Mirzə Şərifzadənin yaşadığı ev - Sputnik Azərbaycan
8/8
Sökülmüş evin sakinlərinin qəzəbli müraciəti.
Xəbər lenti
0