Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın güləşçilərimiz beynəlxalq turnirdən 7 medalla qayıtdılar

© Photo : AZERBAIJAN WRESTLING FEDERATIONQadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb
Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynada keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

BAKI, 15 fev — Sputnik. Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnikə verilən məlumata görə, qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz qarşılaşdıqları bütün rəqiblərini üstələyib. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib.

Вольная борьба - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar

Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.

55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib. Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.

63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macarıstanlı dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.

Xəbər lenti
0