BAKI, 12 fev — Sputnik. İranda “Xəzər Kuboku 2016” beynəlxalq şahmat turniri start götürüb.
Şahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışda Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Latviya, Litva, Ermənistan, Niderland, Türkiyə, ABŞ, Türkmənistan və ölkəmizdən 16 qrosseyster daxil olmaqla 76 şahmatçı iştirak edir. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın “A” turnirində ölkəmizi beynəlxalq qrossmeyster Azər Mirzəyev və beynəlxalq usta Loğman Quliyev təmsil edirlər.
Xatırladaq ki, 1-ci turdan sonra Azər Mirzəyev Türkmənistan təmsilçisi Bahar Hallaeva üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazıb. Loğman Quliyev isə yerli şahmatçı Ali Pilvaiehə məğlub olub.