CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-də belə mühasirə olmayıb"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Səhər getdiyi marşrutda axşam qayıdanda görür ki, yolun ortasına betonu qoyublar və bu yoldan hərəkət etmək heç cür mümkün deyil. Avtobuslar düzülür dalbadal ora. Xəstə olan insan var, əsəbi olan insan var"

BAKI, 12 fev — Sputnik. "Son vaxtlar dövlət avtomobil təşkilatlarının verdiyi hesabatlara nəzər salsaq, hadisələrin və ölüm hadisələrinin ən çoxu avtobuslarda olur. Sərnişinləri aparan nəqliyyatda baş verir. Bu, həm də onunla əlaqədardır ki, ordakı daxili qayda-qanuna riayət olunmur".

65 saylı marşrut avtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
İctimai nəqliyyat sürücülərinin yaş həddi qaldırıldı

Sputnik xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik müzakirə edilən zaman, millət vəkili Siyavuş Novruzov deyib.

"Səhər getdiyi marşrutda axşam qayıdanda görür ki, yolun ortasına betonu qoyublar və bu yoldan hərəkət etmək heç cür mümkün deyil. Avtobuslar düzülür dalbadal ora. Xəstə olan insan var, əsəbi olan insan var. Birdən hansısa küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-də belə mühasirə olmayıb", —deyib deputat.

S. Novruzov belə intellektual idarəetmənin gülünc olduğunu deyib: "Bir avtobusa 2 dəqiqə interval verir, digərinə 15 saniyə. Avtomobil təzəcə hərəkət etməyə başlayanda işıqforda qırmızı işıq yanır. Əgər bu, intellektual idarə etmədirsə, deməli nizamlanmalıdır, ölçülməlidir".

Avtomobil nəqliyyatı haqqında" Qanuna görə, hal-hazırda avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

Milli Məclis - Sputnik Azərbaycan
SİYASƏT
Milli Məclisdə 7 qanun layihəsi müzakirə olunur
Qanun layihəsində dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir.

Xəbər lenti
0