BAKI, 12 fev — Sputnik. "17 il ərzində biz icra hakimiyyəti orqanlarını inandıra bilməmişik ki, bələdiyyələrin hətta yarımmüstəqilliyi onların hakimiyyətinə heç bir mənfi təsir göstərməyəcək".
Sputnik xəbər verir ki, bu fikirləri bunu millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib: "Tez-tez mediada oxuyuruq ki, filan icra hakimiyyəti başçısı öz bələdiyyə üzvünə barmaq silkələdi, "sənə 10 gün vaxt verirəm" dedi. Bu 10 gün ərzində icra başçısımı düşünməlidir, yoxsa bələdiyə üzvümü? Axı, icra hakimiyyəti orqanının bələdiyyə xəbərdarlıq etməyə nə hüquq var? Bu, xalqın seçdiyi orqandır".
"Bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlara ya səlahiyyət, müstəqillik verməliyik, ya da bələdiyyə institutunu ləğv etməliyik", —deyə Z. Oruc vurğulayıb.
Millət vəkili əlavə edib ki, Azərbaycanın bölgələrində 1 milyona qədər iş potensialı var: "Vətəndaş bilməlidir ki, bələdiyyəyə verdiyi pul sonra subartezian quyusuna, təmir işlərinə, iş yerlərinə, bələdiyyə kreditlərinə qayıtdı və sair. O zaman vətəndaş bölgələrə qayıdacaq".