CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Texniki işçisinin maaşını verə bilməyən qurumun hansı fəaliyyətindən söhbət gedə bilər?!"

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: "Vaxtilə bir az torpaq boşluğu var idi, bələdiyyələr oradan nəsə gəlir götürə bilirdilər. İndiki şəraitdə isə vergilərin də əksəriyyətini yığa bilmirlər"

BAKI, 12 fev — Sputnik. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan öz funksiyasını dəqiq yerinə yetirən qurumlardan biridir. Amma indi fikirləşirəm ki, bu qurumun fəaliyyəti kifayət qədər darıxdırıcı fəaliyyətdir. Çünki, bələdiyyələrin fəaliyyətinin nədən ibarət olduğunu araşdırmaq olduqca mürəkkəb və ağır bir məsələdir".

Vilayət Zahirov, AR ədliyyə nazirinin müavini - Sputnik Azərbaycan
CƏMİYYƏT
"330 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub"

Sputnik xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə hansısa ciddi bir səlahiyyəti, büdcəsində vəsaiti olmayan, hətta öz texniki işçisinin əmək haqqını verə bilməyən bir qurumun hansı fəaliyyətindən söhbət gedə bilər?!

"Vaxtilə bir az torpaq boşluğu var idi, oradan nəsə gəlir götürə bilirdilər, bu və ya digər səviyyədə. İndiki şəraitdə isə vergilərin də əksəriyyətini yığa bilmirlər", —deyə deputat qeyd edib.

F. Mustafanın sözlərinə görə, "yaxşı işləyən bələdiyyə kateqoriyasına kimlər daxildir?" məsələsi də sual altındadır: "Biz qərar verməliyik. Tutaq ki, Ağstafa rayon, şəhər bələdiyyəsi də var, icra nümayəndəsi də var. Bu qədər çoxşaxəli quruluşa nə ehtiyac var".

Xəbər lenti
0