BAKI, 12 fev — Sputnik. Bu gün Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Sputnik-ın yarışı izləyən əməkdaşının verdiyi xəbərə görə, finalda respublikanın ən güclüləri öz güclərini sınayıblar. Qalib gələn tennisçilər bu il ərzində beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcəklər.
Yarışın bağlanış mərasimində Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə yarışın yüksək səiyyədə keçdiyini qeyd edib: "Yarış yüksək səviyyədə keçdi. Uğur qazanan idmançıları təbrik edirik və onlara qarşıdan gələn yarışlarda uğur arzulayırıq. İnanırıq ki, idmançılarımız uğurları ilə bizi sevindirəcəklər".
Xatırladaq ki, komanda ilə yarışa kişilər üzrə 13, qadınlar üzrə 7 komanda qatılıb. Şəxsi yarışlara isə 40 kişi, 20 qadın qatılıb.Qadınların qalib komandaları:
1-ci yer — "Bakı-4"
2-ci yer — "Bakı-1"
3-cü yer — Sumqayıt
Kişilərin qalib komandaları:
1-ci yer — "Bakı-2"
2-ci yer — "Bakı-3"
3-cü yer — "Bakı-1"
Qadınlar üzrə qoşa yarışmaların qalibləri:
1-ci yer — İmanova Məryəm, Şirinova Nərmin
2-ci yer — Quliyeva Rüfət, Qarayeva Nəzakət
3-cü yer — Məmmədli Fatimə, Əhmədova Nəzrin
Kişilər üzrə qoşa yarışmaların qalibləri:
1-ci yer — Şahgəldiyev Əliverdi, Waug Chenxi
2-ci yer — Allahverdiyev Vəzir,Yang Xinyu
3-cü yer — Həşimli Xəyal, Qafarlı Yusif
Qarışıq qoşa yarışlarının qalibləri:
1-ci yer — Waug Chenxi, Məmmədli Fatimə
2-ci yer — İmanova Məryəm, allahverdiyev Vəzir
3-cü yer — Quliyeva Rüfət, Əliyev Rüstəm
Fərdi qadınlar üzrə qaliblər:
1-ci yer — Chen Xiutar
2-ci yer — Üang Miao
3-cü yer — İmanova Məryəm
Fərdi kişilər üzrə qaliblər:
1-ci yer — Yang Xinyu
2-ci yer — Wang Chenxi
3-cü yer — Cəfərov Ramil