BAKI, 12 fev — Sputnik. Tanınmış jurnalist, fəaliyyəti dayandırılmış "Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirovun barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı açıqlanıb.
R. Mirqədirovun vəkili Fuad Ağayevin Sputnik-ə verdiyi məlumata görə, məhkəmənin ilkin baxış iclası fevralın 18-i saat 15.00-a təyin edilib. Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.
Xatırladaq ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.