BAKI, 14 dek-Sputnik. "Zerkalo" qəzetinin sabiq əməkdaşı, siyasi şərhçi Rauf Mirqədirovun məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Sputnik xəbər verir ki, bu qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb.
Məhkəmənin hakimi Əlisultan Osmanovun sədrliyi ilə keçən proses qapalı olub. Dövlət ittihamçısına çıxış üçün söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən proses dekabrın 16-dək təxirə salınıb.
Rauf Mirqədirov 19 aprel 2014-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Mirqədirov saxlanılarkən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra bu həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb.