Azərbaycan əsilli milyarder Türkiyənin məşhur bankını alır

© Photo : Q.Nisanovun mətbuat xidməti / Mediabanka keçidRusiyalı milyarder Qod Nisanov
Rusiyalı milyarder Qod Nisanov - Sputnik Azərbaycan
Abunə olmaq
Türk iş adamı Hüsnü Özyeğin Rusiyadakı "Credit Europe" bankını satır. Biznes dairələrində dolaşan söhbətlərə görə, bankın ən ciddi talibi Azərbaycanəsilli, rusiyalı milyarder Qod Nisanovdur.

BAKI, 11 fev — Sputnik. Türk iş adamı Hüsnü Özyeğinin sahib olduğu "Fiba Holdinq" Rusiyadakı bank fəaliyyətlərini satışa çıxarıb. Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, biznes dairələrində, Özyeğinin öz bankını Moskvanın ən məşhur biznesmenlərindən, əmlak "imperator"larından olan, Azərbaycan əsilli Qod Nisanova satacağı danışılır.

Президент группы АСТ Тельман Исмаилов - Sputnik Azərbaycan
Azərbaycanlı milyarderi ağır günlər gözləyir

Eyni zamanda, Rusiyanın ən böyük tərəvəz və meyvə tədarükçülərindən biri olan Qod Nisanov 3.3 milyard dollarlıq sərvəti ilə Forbes-in milyarderlər siyahısının 381-ci sırasında yer alır. "Radisson Royal Ukraine Hotel", "European Shopping Center" və "Radisson SAS Slavyanskaya" kimi layihələrə imza atan Nisanovun "Food City" (Qida şəhəri) adlı bir topdan satış mərkəzi də var.

Nisanovun şəriki olan İlham Rəhimov isə Rusiyanın dövlət başçısı Vladimir Putinin sinif yoldaşıdır. Hazırda ikilinin ümumi 14 milyon kvadratmetrlik daşınmaz əmlak layihəsi var. Rusiya mətbuatının yaydığı xəbərlərdə, yanvarın ortalarında satışa vasitəçilik etməsi üçün Morgan Stanleyin vəzifələndirildiyi iddia edilir. "Credit Europe" bankının dəyərinin 300 milyon dollar olduğu təxmin edilir. Bankın 16 mindən çox təşkilati və 4.5 milyon civarında fərdi müştərisi var.

Xəbər lenti
0