BAKI, 6 okt — Sputnik. Bugün Moskva Arbitraj məhkəməsində azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST (ACT) şirkətlər qrupuna daxil olan "KBF AST" ("КБФАСТ") şirkətinə qarşı 213 mln. dollardan artıq məbləğ üzrə əsas dinləmələr keçiriləcək. Məhkəmədə iddia qaldıran tərəf VTB qrupuna daxil olan Moskva Bankıdır.
Bank oktyabrın 5-də məhkəməyə müraciətində Telman İsmayılovun iflas olduğunu və kredit borclarını qaytara bilmədiyini bildirib.
Rus mediasının xəbərinə görə, Moskvadakı Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı irəli sürdüyü 286 mln. dollar həcmində iddianın xeyli hissəsini təmin edib.
Azərbaycanlı iş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə qaldırılıb.