CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sizə iş yerləri təklif edirik, amma...

© vdvesta.ruəməkdaşlıq
əməkdaşlıq - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkə başçısı dedi ki, ixtisarları dayandırın, işsizlərə iş tapın. Demədi ki, gedin müvəqqəti, bir illik iş yerləri yaradın. Bu problemin həlli yolu deyil"

Sizə iş yeri təklif edirik, amma…
BAKI, 11 fev — Sputnik. Son vaxtlar paytaxtda və regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı məlumatlar yayılmaqdadır. Bir neçə gün öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə yeni iş yerlərinin açılacağı haqda danışıb. Ölkə başçısı da son müşavirələrində yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, vakansiyalar daha çox dövlət şirkətləri tərəfindən təklif olunur.
Нефтяной насос в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
250 min neftçi işsiz qalacaq

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı hesab edir ki, ilk növbədə ixtisara salınmış adamlar işlə təmin olunmalıdır. "Burada bizi bir neçə məsələ narahat edir. Misal üçün bəzi şirkətlər adamları işə bir illiyə — müvəqqəti götürür. Bu isə növbəti ildə böyük problemə çevriləcək. İkincisi, Dövlət Neft Şirkəti son bir neçə ildə 20 minə qədər adamı ixtisar edib, vakansiyalar olarkən ilk növbədə bu şəxslərə təklif edilməlidir. Bütün bu proses isə Əmək Müfəttişliyinin nəzarəti altında hayata keçirilməlidir. Yeni iş yeri təklif olunan hər bir şəxslə mütləq əmək müqaviləsi bağlanmalıdır", —deyə M. Qəhrəmanlı Sputnik-ə açıqlamasında bildirib.

Təşkilat rəhbəri Prezidentin bu istiqamətdə verdiyi tapşırıqların düzgün yerinə yetirilməli olduğunu deyir: "Ölkə başçısı dedi ki, ixtisarları dayandırın, işsizlərə iş tapın. Demədi ki, gedin müvəqqəti, bir illik iş yerləri yaradın. Bu problemin həlli deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsizliklə əlaqədar mütləq yaxşı bir proqram hazırlanmalı və proqrama uyğun mərhələli şəkildə işlər görülməlidir".

Hüquq müdafiəçisi onu da bildirir ki, yeni iş yerləri açmaqla yanaşı, küçədə xırda ticarətlə məşğul olan şəxlər üçün də şərait yaradılmalıdır. Onun fikrincə, ilk növbədə bu insanları polisin təzyiqindən qurtarmaq lazımdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da, əsas problemin daimi məşğulluqla bağlı olduğunu düşünür. O, Sputnik-ə şərhində deyib ki, yeni iş yerləri təklifi əsasən Dövlət Neft Şirkəti və digər müsəsisələrdə müvəqqəti bir illik açılan işlərlə bağlıdır.

Tahir Kərimli - Sputnik Azərbaycan
TƏHLİL
"İşdən çıxarılacaq məmurları istehsalata cəlb etmək lazımdır"

"Bu isə yaranmış vəziyyətdə insanların ailələrinin çörəksiz qalmaması üçün atılmış addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bunu məşğulluq mərkəzləri vasitəsi ilə həyata keçirir. Bu, müvəqqəti tədbirdir. Stabil iş yerləri açmaq lazımdır. Əsas məsələ də bundan ibarətdir. Problem yeni iş yerlərinin açılmasında deyil, məşğulluğun təmin olunmasındadır", —deyə VƏHML rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, məşğulluğun təmin olunması isə yalnız iş yerlərinin açılması ilə bitmir: "Bu, bütöv bir tədbirlər planıdır. Hazırda 2015-2025- ci illəri əhatə edən yeni Məşğulluq Konsepsiyası hazırlanır. Gözləyirik ki, görək o proqramda nə açıqlanacaq".

Qeyd edək ki, bir neçə gündür, mediada ayrı-ayrı şəhər və rayonların məşğulluq mərkəzlərində işsizlərə yeni iş yerlərinin təklif olunması ilə bağlı məlumatlar yer almaqdadır.

Xəbər lenti
0