Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Prezidentin o qanunu Milli Məclisə geri qaytarmasını təqdir edirəm"

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı alimdən dövlət başçısının qərarına dəstək: "Ölkə başçısının "Valyuta tənzimi haqqında" qanununa dəyişikliyi imzalamadan geri qaytarması düzgün addımdır"

BAKI, 10 fev-Sputnik. "Prezidentin "Valyuta tənzimi haqqında" qanununa dəyişikliyi imzalamadan geri qaytarmasını düzgün hesab edirəm". Sputnik-in məlumatına görə, bu fikri iqtisadçı-alim Qubad İbadoğlu, Prezident İlham Əliyevin bu gün "Valyuta tənzimi haqqında" qanununa dəyişikliyi imzalamaqdan imtinasını şərh edərkən öz "Facebook" səhifəsində qeyd edib.

İbadoğlu yazıb: "Bu il yanvarın 16-da Milli Məclis "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etdikdən sonra, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi üçün əsas yaranırdı. Bu dəyişiklik sahibkarların və investorların, xüsusilə də xarici sərmayəçilərin ciddi narahatlığına səbəb olmuşdu. Hələ Milli Məclis qərar verərkən mən də öz növbəmdə bu dəyişikliyi şərh edərək, onun yarada biləcəyi fəsadlar barədə fikirlərimi mətbuat vasitəsilə ifadə etmişdim. Odur ki, butün bunları nəzərə alaraq, bu gün "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanunun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun şəkildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılmasını təqdir edirəm. Eyni zamanda hesab edirəm ki, indiki həsas zamanda bununla kifayətlənmək olmaz.

İlham Əliyev - Sputnik Azərbaycan
Prezident narazılıqlara səbəb olan qanunu imzalamaqdan imtina etdi
 İnvestorlar üçün güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şəraitin yaradılmalı və onların təhlükəsizliyi təmin olunmalı, onlara müvafiq zəmanətlər verilməli, xüsusilə də vergi və tarif qanunvericiliyində sabit rejim yaradılmalı, hökümətin fəaliyyətində açıqlıq və səffaflıq artırılmalı, biznes korrupsiyadan azad olmalı, yaxşı idarəetmə tətbiq edilməlidir. Bununla yanaşı, hər bir investor əmin olmalıdır ki, investisiya yatırımı təhlükəsizdir, ölkədə dövlət və məhkəmə orqanları tərəfindən ədalətli və qərəzsiz davranış təmin edilir, biznesin qarşılaşdığı çətinliklər və üzləşdiyi mübahisələr müstəqil məhkəmələrdə qanun çərçivəsində ədalətlə həll edilir."

Hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatların və zəmanətlərin olduğunu xatırladan iqtisadçı, investorun prinsipial maraqlarının təminatı üçün bu hüquqların əsas olduğunu bildirib:

1) Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış;
2) Qanunla icazə verilən və tənzimlənən tərzdə bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq;
3) Milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət;
4) Qanunla tələb olunan vergilərin və ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürmək;
5) Qanunla tələb olunan şərtlərə müvafiq olaraq investisiyaların stimullaşdırılması tədbirlərindən faydalanmaq;
6) Torpaq üzərində mülkiyyət hüququ;
7) Əqli və sənaye mülkiyyətinin qorunması.

Qubad İbadoğlu əlavə edib ki, Azərbaycan iqtisadiyyatının sabitləşməsində investisiyaların rolu hazırda daha çox önəmlidir və bu həsas dövrdə investorlar üçün nəinki baryerlər yaradılmalı, hətta onların qarşılaşdıqları bütün əngəllər tezliklə aradan qaldırılmalıdır.

Xəbər lenti
0