CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident narazılıqlara səbəb olan qanunu imzalamaqdan imtina etdi

© prezident.azİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev ""Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" bu il yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb

BAKI, 10 fev — Sputnik. Prezident İlham Əliyev ""Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" bu il yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb.

Əkrəm Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Ölkədən valyuta axınını dayandırmaqda gecikdik"

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətindən APA-ya verilən məlumata görə, prezident bu addımı Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, həmçinin sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq atıb.

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Xəbər lenti
0