CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaretlər ucuzlaşıb, amma ən zəif satılanlar

© Sputnik / Fuad HasanovƏdədlə siqaret satışı
Ədədlə siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Ən çox tələbat olan tütün məmulatlarının qiyməti hələ də yüksək həddə qalır, satıcılar endirim dalğasının onlara da çatacağını düşünürlər

BAKI, 9 fev — Sputnik. Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb. Bu barədə bir çox xəbər portalları şəhərdəki satış nötələrinə istinadən xəbər yayıb.

Sputnik-in əməkdaşı məlumatın doğruluğunu araşdırmaq üçün şəhərdəki bir neçə market və siqaret satışı ilə məşğul olan məntəqələrə üz tutub. Satıcılar bəzi siqaret markalarında ucuzlaşma olduğunu təsdiqləyiblər.

Курение в общественных местах - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."

Bazarda ən çox satılan siqaretlərdən olan "Winston" artıq 2,8 AZN-ə satılır. Halbuki, son vaxtlar onun qiyməti 3,3 AZN təşkil edib.

"Kent" və "Vogue" markalı siqaretlərin qiyməti 3 manatadək ucuzlaşıb. Dünənə qədər bu siqaretlər 3 manat 50 qəpiyə satılırdı.

"Yava" siqaretinin qiyməti də ucuzlaşıb. 1 man 80 qəpiyə olan bu markalar indi 1 man 20 qəpiyədir.

Lakin "LD" və "West" kimi çox satılan siqaretlərdə hələlik endirim yoxdur. Satıcılar bunun səbəbini bilmədiklərini, ancaq böyük ehtimalla o siqaretlərin də yaxın müddətdə ucuzlaşacağını söyləyiblər. Bunu da dolların get-gedə ucuzlaşması ilə əlaqələndiriblər.

Xəbər lenti
0