BMT Şimali Koreyanı sərt ittiham etdi

© FlickrPxenyan
Pxenyan - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin bəyanatında deyilir: "Ballistik texnologiya ilə həyata keçirilmiş raket buraxılışı sputnik və ya kosmik gəmi buraxılışı kimi dəyərləndirilsə belə, nüvə silahı texnologiyasının inkişafına töhfə verir".

BAKI, 8 fev-Sputnik. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raketdən istifadə etməsini qınayıb və bunu şuranın qətnaməsini kobud pozmaq kimi qəbul edib.

Vaşinqton - Sputnik Azərbaycan
Pxenyanın hidrogen bombası ABŞ-ı da silkələdi

Sputnik Cumhuriyyət-ə istinadən xəbər verir ki, dünən BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxması ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib.

Təhlükəsizlik şurasının müvəqqəti sədri Rafael Ramires Pxenyanın hərəkətlərini BMT qətnamələrinin ciddi şəkildə pozulması adlandırıb.

Xəbər lenti
0