Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Prezident məcbur olub belə bir addım atdı"

© prezident.azİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Bu şuraların yaradılmasını müsbət addım sayanlar da var, onlara lüzumsuz qurumlar kimi baxanlar da.

Prezident məcbur olub belə addım atdı
BAKI, 4 fev — Sputnik. Fevralın 3-də Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması barədə fərman imzalayıb. Fərmana görə, Şuranın yaradılması, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi məqsədi daşıyır. Bundan başqa, yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi işinə xidmət edəcək.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Prezident yanında müşavirə keçirildi

Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuraya sədrlik edəcək. Şura üzvləri sırasına Prezident Administrasiyasının müxtəlif çinli vəzifəli şəxsləri, İqtisadiyyat Nazirliyinin nümayəndəsi daxildir.

Dövlət başçısının iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun yaydığı açıqlamada isə bildirilir ki, fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər.

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

Sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədovun fikrincə, Apellyasiya Şuralarının yaradılması əslində vətəndaşların haqlı şikayətlərinin vaxtında araşdırılmaması və qeyri-şaffaf həll olunmasının göstəricisidir: "Cənab Prezident görür ki, inzibati məhkəmələr də daxil olmaqla, məhkəmə sistemi vətəndaşların, sahibkarların haqlı şikayətlərini vaxtında araşdırmır. Haqsız araşdırır və şikayətlər çoxdur. Ona görə məcbur olub paralel bir struktur yaradır ki, Apellyasiya Şurası o şikayətlərə normal vaxtında baxsın".

"Yəni bu, əslində onun göstəricisidir ki, vətəndaşların haqlı şikayətləri müxtəlif maddi təminat və ya digər məsələlər əsasında vaxtında araşdırılırmır. Bunun da qarşısını almaq üçün mərkəzi icra hakimiyyəti orqanları şikayətlərlə bağlı bir nəzarət funksiyasını həyata keçirən ümumi əsaslarla bir qurum yaradılıb. Mən buna əslində müsbət baxıram", —deyib keçmiş deputat.

Bəzi hüquqşünasların fikrincə, ölkə vətəndaşlarının şikayət etmələri üçün polis, məhkəmə, korrupsiyaya qarşı müvafiq mübarizə idarəsi, ombudsman və s. qurumlar olduğu halda, eyni funksiyanı daşıyacaq apellyasiya şuralarına nə ehtiyac var?!

© Photo : Erkin GadirliErkin Qədirli, hüquqşünas
Erkin Qədirli, hüquqşünas - Sputnik Azərbaycan
Erkin Qədirli, hüquqşünas

Hüquqşünas Erkin Qədirli öz "Facebook" səhifəsində bildirib ki, əsasnaməyə görə, yerli apellyasiya şuralarının sədrləri yerli icra başçılarının müavinlərindən biri olmalıdır: "Digər üzvlər də icra qurumların başqa işçilər olasıdır. Şura üzvləri Şurada gördükləri işə görə maaş almayacaqlar".

"Deməli, görün, nə alınır. Sahibkar yerli icra hakimiyyəti orqanından şikayət edir (hal-hazıra belə orqan təkbaşınadır — icra başçısı). Şikayətə baxmalı olan adamların hamısı həmin orqana — icra başçısına — tabedir. Bununla belə, əsasnamə onlardan tələb edir ki, onlar şikayətləri araşdırarkən obyektiv, qərəzsiz və s. olsun. Belə bir şey mümkün deyil!", —ekspert bildirib.

Yerli apellyasiya şuralarının yaradılması idarəetmədə struktur islahatları çərçivəsində atılan addımlardan biridir və bu prosesin davam etdiriləcəyi bildirilir. Göründüyü kimi, sözügedən yeniliyə ekspertlərin münasibəti birmənalı deyil. Hər halda, hansı nəticələrin ortaya çıxacağını zaman göstərəcək.

Xəbər lenti
0