CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən yeni təyinat

© mincom.gov.azRamin Quluzadə
Ramin Quluzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub

BAKI, 2 fev — Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Ramin Quluzadə - Sputnik Azərbaycan
Prezident yeni nazir təyin etdi

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Onu da xatırladaq ki, Ə. Abdullayevdən öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsini Vidadi Zeynalov tutub. V. Zeynalov ötən ilin oktyabrın 27-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 314 maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti
0