Prezident yeni nazir təyin etdi

© mincom.gov.azRamin Quluzadə
Ramin Quluzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edilib

BAKI, 15 yan — Sputnik. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Sputnik-in president.az saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla R. Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Əli Abbasov - Sputnik Azərbaycan
Əli Abbasov işdən çıxarıldı

Qeyd edək ki, Ramin Namiq oğlu Quluzadə 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993 — 1999-cu illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib.

2005 — 2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Ailəlidir, 2 övladı var.

Xəbər lenti
0