Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fəridə Əzizova: Formula 1 ölkəmizin tanınmasına xidmət edəcək

© AFP 2024 / ANNE-CHRISTINE POUJOULATFormula 1 yarışları. Arxiv şəkli
Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman jurnalisti Sahib Əsədbəylinin fikrincə, hazırkı durumda Bakıda “Formula 1” yarışının keçirilməsi havayı pul xərcləməkdir.

BAKI, 2 fev – Sputnik. Sputnik informasiya portalı iyun ayında Formula 1 yarışlarının Avropa Qran Prisinin Bakıda keçirilməsinin məqsədəuyğunluğu barədə sorğusunu davam etdirir. Bu dəfə də repondentlərimiz idman sahəsinə birbaşa aidiyyatı olan insanlardır. 

İdman jurnalisti Sahib Əsədbəyli “Formula 1”-i ən nüfuzlu idman turnirlərindən hesab edir. 

© Photo : Sahib AsadbeyliСахиб Асадбейли, спортивный журналист
Сахиб Асадбейли, спортивный журналист - Sputnik Azərbaycan
Сахиб Асадбейли, спортивный журналист

“Bu yarışın dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda kifayət qədər izləyici auditoriyası var. Ölkəmizdə idmana marağın böyük olduğunu nəzərə alsaq, deyə bilərəm ki, iqtisadi vəziyyət başqa cür olsaydı, bunun təşkili ciddi uğur hesab edilə, təqdir oluna bilərdi. Lakin indiki durumda — millətin yeganə dərdi maddi sııxıntılardan qurtulmaq olduğu bir məqamda, bu, əlavə yükdür”, deyə Əsədbəyli bəyan edib.

© Farida AzizovaФарида Азизова, таэквондистка
Фарида Азизова, таэквондистка - Sputnik Azərbaycan
Фарида Азизова, таэквондистка

Birinci Avropa Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Fəridə Əzizova isə “Formula 1” tipli yarışların Azərbaycanda keçirilməsinin tərəfdarıdır. 

“Bu həm idmanın inkişafına təkan verər, həm də yarışların keçirildiyi vaxt ölkəyə turist axını olar. Avropa Oyunlarından sonra ölkədə idmana maraq artdı, Bakıya turistlərin axını çoxaldı. Ölkəmiz idman sahəsində daha da çox tanınmağa başladı. Məncə “Formula1”-dən sonra da belə olacaq”, deyə Əzizova bildirib.

Xəbər lenti
0