Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Miqrantlarla bağlı dəhşətli statistika açıqlandı

© Sputnik / Murad OrujovNəşrin təqdimat mərasimi
Nəşrin təqdimat mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada miqrantların sayı 250 milyonu keçib, köçmələr zamanı son 16 ildə 40 mindən çox insan həlak olub

BAKI, 1 fev — Sputnik. "Azərbaycan yenicə müstəqillik əldə etdiyi bir vaxtda miqrasiyaya məruz qalıb. Avropaya miqrantların axını ilə Azərbaycan keçdiyi prosesi müqayisə etdikdə, bunun o zaman necə sivil qaydada həyata keçirildiyini görürük. Təbii ki, bu həm də beynəlxalq təşkilatların köməyi ilə edilib".

Miqrantlar - Sputnik Azərbaycan
Bu il Avropaya 750 min miqrant gəlib

Sputnik xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev, bu gün Bakıda Avropa İnsan Haqları Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyinin birgə hazırladığı "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilində nəşrinin təqdimat mərasimində səsləndirib.

Vəsait Avropa Birliyinin maliyyə dəstəyi ilə BMT tərəfindən həyata keçirilən "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində 25 dilə tərcümə olunub. Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak bildirib ki, hazırda dünyada analoqu olmayan yerdəyişmə prosesi gedir.

"Bu gün dünyada miqrantların sayı 250 milyonu keçib. Köçmələr zamanı son 16 ildə 40 mindən çox insan həlak olub", —deyə Aktoprak bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Miqrasiya təşkilatı hökumətlərin bu sahədəki fəaliyyətlərinə töhvə vermək üçün daim çalışır: "Ölkəniz də hər gün artan miqrant sayından öz töhvəsini alır. Azərbaycanın başqa ölkələrlə paylaşa biləcək yaxşı təcrübələri var".

DMX-nin rəis müavini Pərviz Musayev Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının daxili miqrasiyaya məruz qaldığını deyib. Onun sözlərinə görə, ölkəmiz1 milyon qaçqını yerləşdirib, yatacaq, qida ilə təmin edib.

"Bu gün görürük ki, Avropa İttifaqı bu problemlərin içərisində qalıb. Hər üzv ölkə fərqli qərarlar verir. Miqtantlar da bundan əziyyət çəkir və narazı qalırlar. Bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək lazımdır", —deyə P. Musayev qeyd edib.

Avropa İttifaqının ölkəmizdəki səfiri Malena Mard, Azərbaycanda gördüyü uğurlu işlərin əməkdaşlıq üçün gözəl fundament olduğunu qeyd edib: "Aİ ilə Azərbaycan arasında uzun müddətdir miqrasiya məsələlərində ciddi əməkdaşlıq edilir və biz bunun daha da artırılmasını arzu edirik. Biz sərhədlərin idarə edilməsi, sığınacaq verilməsi istiqamətində işləri davam etdirəcəyik və etdirməliyik".

Qaçqınlar - Sputnik Azərbaycan
Miqrant krizisi, yoxsa bəşəriyyətin faciəsi?

AŞPA-nın Azərbaycan ofisinin rəhbəri Draqana Filipoviç isə qeyd edib ki, Azərbaycan 90-cı illərdə ciddi miqrasiya problemi ilə üzləşsə də, hökumət bu problemin qarşısını uğurla alıb. Filipoviç, bu gün Avropanın ciddi miqrasiya problemi ilə üz-üzə qaldığını bildirib. O, Avropa Şurası ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu yada salıb.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, təmsil etdiyi qurumun Beynəlxalq Miqrasiya Təşkilatı ilə yaxşı əlaqələr yaratdığını və əlaqələrin daha da güclənəcəyinə inandığını qeyd edib.

Xəbər lenti
0