CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Avropaya 750 min miqrant gəlib

© worldyouthalliance.wordpress.comMiqrantlar
Miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
3500 miqrant həyatını itirib.

BAKI, 4 noy-Sputnik. İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınların sayı 750 minə çatıb.

Sputnikin məlumatına görə, bu barədə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

"Yanvardan etibarən Avropa sahillərinə 750 min nəfər gəlib. Onlardan 3500 nəfəri həyatını itirib. Hava şəraitinin pisləşməsinə görə qurbanların sayı kəskin surətdə artmaqdadır. Gün ərzində tək Yunanıstan sahillərindəki adalara 6-8 min insan pənah gətirir" — deyə Qutyerreş bildirib.

Onun sözlərinə görə, dünyada məcburi qaçqınların sayı İkinci dünya müharibəsindən sonra rekord həddə çatıb: "Hazırda münaqişələr nəticəsində 60 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb. 2010-cu ildə orta hesabla hər gün 11 min nəfər evlərini tərk edirdi, hazırda isə bu rəqəm 42 mini ötüb. BMT strukturları, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri, digər qeyri-hökumət təşkilatları hətta səylərini birləşdirərək də insanların müdafiəsini təmin etmək, onlara müvafiq yardım göstərməyə qadir deyillər".

Noyabrın 11-12-də Maltada Avropa İttifaqının miqrasiya məsələlərinə həsr olunmuş sammiti keçiriləcək. Sammitdə Aİ ölkələrinin dövlət və hökumət başçıları, həmçinin bir sıra digər dövlətlərin nümayəndələri iştirak edəcək.

Xəbər lenti
0