SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidov vəzifəsindən uzaqlaşdırılması xəbərindən danışdı

© Photo : REPORTSəməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi"

BAKI, 1 fev — Sputnik. "Mətbuatda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağımla bağlı yazılanlar məni çox təəccübləndirdi. Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yalnışdır".

Здание Совета Европы в Страсбурге - Sputnik Azərbaycan
SİYASƏT
AŞPA-da Dağlıq Qarabağla bağlı hesabatlardan yalnız biri qəbul olundu

Sputnik xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən göndərilib: "Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır".

"Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktublar, Ermənistanın məktublardan istifadə olunması və digər məlumatın hamısı həqiqətə uyğun olmayan məsələlərdir", —deputat bildirib.

S. Seyidov bəyan edib ki, nümayəndə heyəti yanvar sessiyasında öz fəaliyyətini çox yüksək səviyyədə təşkil edib: "Müavinim Vüsal Hüseynov orada mənim əvəzimdən iştirak edirdi. İşimizi bundan sonra da layiqincə davam etdirəcəyik. Bu məsələlər sadəcə Azərbaycanın imicinə xaricdə zərər gətirə biləcək məsələlərdir. Ona görə də mətbuatdan xahiş edirəm ki, hansısa məlumatı verməmişdən qabaq nümayəndə heyətinin rəhbərinin münasibətini soruşun".

Xəbər lenti
0