Bakı, 30 yan — Sputnik. “Sputnik” cumhuriyet.com-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi cinsiyyət dəyişdirən idmançılarla bağlı önəmli qərar qəbul edib.
Komitənin tibbi direktoru Dr.Richard Budgett açıqlamasında bildirib ki, transseksual idmançılar cinsiyyət dəyişmək əməliyyatının vacibliyini aradan qaldırdıqlarını bildirib.
Budgett söyləyib ki, transseksual idmançıların əməliyyat olmadan olimpiyadada və digər böyük yarışlarda iştiraklarını təmin etmək üçün çalışdığını söyləyib.
Xatırladaq ki, əvvəlki qanunlara əsasən qadından kişiyə, və ya kişidən qadına çevrilən idmançıların mütləq əməliyyat olunduqdan sonra yarışlara çıxma imkanı olurdu.