CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir neçə ali məktəbin birləşdirilməsi qaçılmazdır

© unipage.netAli təhsil
Ali təhsil - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Memarlıq və İnşaat Universitetinin ixtisaslarının böyük bir qismi Texniki Univeritetlə uyğunluq təşkil eləyir. İqtisad Universitetinin ixtisaslarının böyük əksəriyyəti bu və ya digər ali məktəblərdə tədris olunur"

Daha bir neçə ali məktəbin birləşdirilməsi qaçılmazdır
BAKI, 27 yan — Sputnik. Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərin ixtisar olunaraq birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Daha doğrusu, təhsil nazirinin müavini Ceyhun Bayramov mətbuata açıqlamasında ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdirilməsinin istisna olmadığını deyib.
Students from the Moscow State Pedagogical University - Sputnik Azərbaycan
Təhsil haqları qalxa bilərmi?

Bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlünün fikrincə, əsas ali məktəblərin birləşdirilməsi deyil, universitetlərdə çevik, optimal, geniş təyinata malik olan idarəetmə strukturunun yaradılması və kadr potensialının düzgün yerləşdirilməsidir.

"Birləşdirmə həmin universitetlərin çevik, optimal, mobil idarəetmə sisteminin yaradılmasına xidmət edə bilər. Məncə, birləşmə deyəndə vaxtilə birgə olub, sonralar ayrılmış universitetlər nəzərdə tutulur. Ancaq, birləşmə təhsilin keyfiyyətinə təsir göstərə bilməz", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, biri var 10 min tələbəni idarə edirsən, biri də var 25 min tələbəni: "Birləşmə isə 25 min tələbənin idarə edilməsidir. 10 min tələbəsi olan universitetlərdəki problemlər 25 min tələbəsi olan universitetlərdə də olacaq. Mobil çevik, optimal idarəetmə mexanizminin yaradılması vacibdir. Heç kimə sirr deyil ki, universitetlərdə olduqca lazımsız ştatlar var. Bu ştatların ixtisarından söhbət gedə bilər. Düşünmürəm ki, birləşmənin bu gün universitetlərdə mövcud olan problemlərin həllinə bir qatqısı, yardımı olsun".

вступительные экзамены - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət ali məktəblərində ödənişli təhsil ləğv olunur

Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə isə bir neçə ixtisası oxşar olan ali məktəblərin birləşməsi labüddür. Ekspert həmçinin qeyd edib ki, vaxtilə zərurətdən yaranan kolleclərin universitetlərə inteqrasiyası da yaxşı mütəxəssis hazırlığına şərait yarada bilər.

"Çoxsaylı oxşar ixtisaslar üzrə müxtəlif ali məktəblərdə mütəxəssis hazırlığı həyata keçirilir. Bizim əmək bazarı mütəxəssis hazırlığını dəqiq hesablaya bilmir. Hələlik tələbat dəqiq öyrənilə bilməyib. Ancaq, elə ixtisaslar var ki, onun bir ali məktəbdə hazırlanması daha effektivdir", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, həm professor-müəllim heyətinin bir ali məktəbdə cəmlənməsi, həm də digər ali məktəblərə xərclənən vəsaitin bir ali məktəbdə yönəlməsi yaxşı mütəxəssis hazırlığına şərait yarada bilər: "Memarlıq və İnşaat Universitetinin ixtisaslarının böyük bir qismi Texniki Univeritetlə uyğunluq təşkil eləyir. Eyni zamanda İqtisad Universitetinin ixtisaslarının böyük əksəriyyəti bu və ya digər ali məktəblərdə tədris olunur. Onlarında bir yerə cəmlənməsi vacibdir. Ən mühüm məqamlardan biri sovetlərdən qalma kolleclərlə bağlı olmalıdır. Yəni kolleclərin ali məktəblərə inteqrasiyası labüddür. Bu dünya təcrübəsində də belədir".

Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə də dəfələrlə bəyan edib ki, ali məktəblərdə əmək bazrının tələblərinə cavab verməyən bir çox ixtisaslar tədris olunur.

Xəbər lenti
0