CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət ali məktəblərində ödənişli təhsil ləğv olunur

© Photo : REPORTвступительные экзамены
вступительные экзамены - Sputnik Azərbaycan
Abunə olmaq
2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub.

BAKI, 28 dek-Sputnik. 2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub.

Sputnik Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, ödənişli əsaslarla plan yerləri Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ləğv edilir: "Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub. 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda mexanizm işlənilir".

N.İbrahimov əlavə edib ki, bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək.

Hazırda ali təhsil sistemində plan yerləri 2 qayda üzrə — dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.

Xəbər lenti
0