Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir?

© facebook.comAtletlər kəndində rus idmançılar ukraynalını döyərkən
Atletlər kəndində rus idmançılar ukraynalını döyərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi idmançıların qazandıqları uğurları həmvətənlərinin üzərində "sınamaları", bütün idmançılara qarşı ölkədə formalaşmış rəğbəti zədələməyə başlayıb. İdmançıların özləri də bu gedişatdan narazıdırlar.

BAKI, 27 yan — Sputnik. Ölkədə idmançılara qarşı münasibət hər zaman müsbət olub. Bayrağımızı xarici ölkələrdə uclara qaldıran idmançıları Vətəndə toy-bayram sevinci ilə qarşılayıb, hər zaman baş üzərində tutublar. Dövlət səviyyəsində idmana verilən dəstək, sərf olunan maliyyə də öz yerində.

© Facebook/ Hasan AliyevГасан Алиев, борец
Гасан Алиев, борец - Sputnik Azərbaycan
Гасан Алиев, борец

Amma zaman-zaman bəzi idmançıların cəmiyyət arasındakı qeyri-etik davranışları, qazandığı bilək gücünü öz həmvətənləri üzərində "sınaması", müxtəlif qalmaqallı olaylarda adlarının hallanması, ölkədə ümumi idmançılara qarşı münasibəti zədələməyə başlayıb. Buna jurnalist Rasim Əliyevin idmançı gənclər tərəfindən döyülərək öldürülməsi, yaxud hansısa restoranda baş verən dava-dalaş və digər nümunələr misal göstərmək olar.

Nəhayət, dünən gecə yenidən analoji hadisənin xəbəri yayıldı. Belə ki, adı açıqlanmayan bir generalın qohumu və onun idmançı dostları yanacaqdoldurma məntəqəsində dava salaraq, oranın işçisini döyüblər.

Görəsən, idman dünyanın hər yerindəmi öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir? Yaxud, niyə bəzi idmançılarımız müəyyən bir şöhrət zirvəsinə və bunun nəticəsində külli miqdarda pul-paraya qovuşandan sonra, qabaqlarına çıxanları əzişdirə biləcəklərini düşünürlər?

© Facebook/ Hasan QuliyevГасан Гулиев, каратист
Гасан Гулиев, каратист - Sputnik Azərbaycan
Гасан Гулиев, каратист

Sputnik əməkdaşı bu cür mübahisəli sualların cavablarını, elə peşəkar idmançıların özlərindən öyrənməyə çalışıb.

Həsən Əliyev — güləşçi: "Siz dediyiniz idmançılar, sadəcə özü üçün məşq edən, bədənini başqalarına göstərən, ya da kiminsə çantasını daşımaq üçün böyük görünən adamlardır. Peşakar idmançının bu günə kimi hansısa bir davada, kriminal söhbətdə adını görə bilməzsiniz. Mən tanıdığım tanınmış idmançılar böyüdükcə sadələşiblər".

© Facebook/ Fariz AbdullayevФариз Абдуллаев, президент Федерации реального Айкидо Азербайджана
Фариз Абдуллаев, президент Федерации реального Айкидо Азербайджана - Sputnik Azərbaycan
Фариз Абдуллаев, президент Федерации реального Айкидо Азербайджана

Həsən Quliyev — karateçi: "Mən neçə ildir, karate ilə məşğulam. Uğurlarım da çox olub. Amma heç vaxt lovğalanmamışam ki, idmançıyam, çempionam. Çünki özümə belə hərəkətləri yaraşdırmıram. İdmançı sadə olmalıdır, davalardan uzaq olmalıdır, heç kəslə işi olmamalıdır. Hal hazırda bank sektorunda işləyirəm. Mənimlə görüşəndə, kimsə "çempion, salam" deyəndə utanıram və bu adın məsuliyyətini hiss edirəm".

Fariz Abdullayev — Azərbaycan Real Aikido Federasiyasının prezidenti: "İnsanın gücü, bacarığı, nüfuzu nə qədər artarsa, bir o qədər sadə, təvazökar olmalıdır. Bu, idman sahəsində də belə olmalıdır. Təəssüf ki, bəzən uğur qazanan idmançılarımız öz güclərindən yanlış formada istifadə edirlər. Özlərindən zəif insanları döyür, onlara müəyyən təzyiqlər göstərir, el arasında "söhbətlərə gedir" kimi xoş olmayan hallar edə bilirlər. Həmin idmançılar anlamalıdırlar ki, nə uğur qazanırıqsa, bunu Vətənimizin adını və şanlı Bayrağımızı ucalara qaldırmaq üçün etməliyik. Mərd Azərbaycan xalqını və onun nəyə qadir olduğunu yaxşı mənada dünyaya göstərməliyik. Öz xalqımızdan olan zəif nümayəndəyə hər hansı formada güc tətbiq etməksə, insanlıqdan kənar və heç bir humanist normaya sığmayan haldır. Bəzən isə elə hal baş verir ki, çempionlarımız hər hansı dövlət işinə düzəlir və yaxud şəxsi biznesə yiyələnir. Yəni pulu gördükdən sonra idman həyatını dayandırır. Bunu da şəxsən arzuedilməz hallardan biri kimi qəbul edirəm".

© Facebook/ Rauf IbrahimovРауф Ибрагимов, заслуженный тренер по восточным единоборствам
Рауф Ибрагимов, заслуженный тренер по восточным единоборствам - Sputnik Azərbaycan
Рауф Ибрагимов, заслуженный тренер по восточным единоборствам

Rauf İbrahimov — Şərq döyüş növləri üzrə əməkdar məşqçi: "İdmançı da bir insandır. O da özünə görə bir şəxsiyyətdir. Və hər kəsin də özünəməxsus xarakteri var. Düzdür, idmançı olaraq bəzi insanlardan fiziki cəhətdən güclü olmaq olar, amma çox zaman bu güclə yanaşı, səbrli olmağı da bacarmaq lazımdır. Amama bir məsələ də var ki, bəzən adi insan bilir ki, qarşısındakı idmançıdır, amma dilini dinc saxlamır, hətta söyüş də söyür. Bu zaman artıq idmançıya çıxış yolu qoymur. Axı idmançının da mənliyi var. Bir sözlə idmançı səbrli olmağı öyrənməlidir, amma adi insanlar da özündən 5 dəfə güclü idmançı ilə danışıq etikasını öyrənməlidirlər ki, sonradan döyülməsinlər".

Xəbər lenti
0