BAKI, 27 yan — Sputnik. "Neftin qiymətlərinin enməsi Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərib".
Sputnik xəbər verir ki, bunu Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" Moskva-Astana-Bakı videokörpüsü zamanı deyib.
"Bu səbəbdən ölkədən ixrac 42,4% azalıb", —deyə Şimşikov bildirib.
Ekspert 2000-ci ildə dünya bazarında neftin qiymətlərinin təxminən bugünkü səviyyədə olduğunu və 2004-cü ildə bir qədər artdığını xatırladıb: "2006-cı ildə neftin qiyməti 60 dollara çatdı. Bu, nəyi dəyişdi ki? Bəli, İran faktoru gələcəkdə neft qiymətlərinin düşməsinə güclü təsir edə bilər. İran gündə 4 milyon barel neft ixrac edəcək. Bunu 365 vursaq, görün nə rəqəm alınır. Bundan başqa ABŞ slans neftinin hasilatını bərpa edir. Bütün bunlar qiymətlərə təsir edir".
Lakin buna baxmayaraq, Şimşikovun sözlərinə görə ölkədə aluminiumun qiyməti yüksəlib, həmçinin özəl tikinti və nəcib metalların istehsalı 18,6% artıb.
Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Moskvadan tədbirdə Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.
Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.
Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.
Beynəlxalq energetika agentliyinin son hesabatında neft qiymətlərinin düşməsinin davam edəcəyi göstərilir. Milli valyutaların devalvasiyası və büdcə xərclərinin yenidən baxılması məsələsi bütün Xəzəryanı ölkələr üçün xas olan bir vəziyyətdir.