BAKI, 2 okt — Sputnik. Azərbaycanın 8 ay ərzində ixracatı 8.2 mlrd. dollar, idxalatı isə 5, 9 mlrd. dollar təşkil edib.
Gömrük Komitəsindən Sputnik-ə verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust ayında ixracat 8 183 486,76 dollar, idxalatı isə 5 898 689,99 dollar olub.
İxracatda konkret sahələr üzrə məhsullara gəldikdə, Azərbaycan daha çox xam neft, şəkər, meyvə-tərəvəz, kimya sənayesi, neft məhsulu, alüminium və dirə məhsullar ixrac edib Konkret rəqəmə gəldikdə 8 ay ərzində azərbayvan xam neft – $ 6 394 879,77; neft məhsulları-$ 534 354,57; təbii qaz-$159 535,44, meyvə-tərəvəz —$143 140,64; çay-$10 982,15, bitki və heyvan mənşəli piylər və yağlar-$101 364,39; şəkər-$152 387,75; spirtli və spirtsiz işkilər-$16 397,70; kimya sənayesi məhsulları-$70 164,31; palstmass və onlardan hazırlanmış məhsullar-$73 846,92; emal olunmamış və aşılanmamış gön-$9 151,04, qara metal və onlardan hazırlanan məhsullar-$19 706,80; aluminium və ondan hazırlana məhsullar-$58 920,93 və digər məhsullar-4$38 654,33 həcmində məhsul ixrac edib.
İdxalata gəldikdə isə əsasən yeyinti, tikinti, mebel məhsulları, nəqliyyat vasitələri və s. üstünlük təşkil edib.
Belə ki, ot- $11 976,97; süd —$3 851,09; kərə yağı – $14 282,48;meyvə-tərəvəz-$40 900,48; buğda- $216 262,44;bitki və heyvan mənşəli piylər və yağlar- $53 950,51; şəkər-$81 096,87; tütün və tütün məmulatları-$205 741,76; sement- $22 426,74;neft məhsulları-$ 84 054,00; əczaçılıq-$185 025,49; plastmass və ondan hazırlanan məmulatlar-$140 865,66; oduncaq və ondan hazırlanan məmulatlar-$163 866,43; qara metal və ondan hazırlanan məmulatlar-$1 005 793,31; maşın,mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri-$1 330 690,32; nəqliyyat vasitələri və onların hissələri-$1 027 095,12; mebel və onun hissələri-$72680,90; digər məhsullar-$1 004 119,48 həcmində idxalatı olub.