BAKI, 27 yan — Sputnik. "Hal-hazırda bütün xammal bazarları kəskin düşür və belə mənfi dinamikanın əsas səbəbi neft qiymətləri yox, məhz dolların məzənnəsinin artmasıdır".
Sputnik xəbər verir ki, bu fikirlər "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" Moskva-Astana-Bakı arasında videokörpü zamanı səsləndirildi.
"Bilavasitə dolların öz qiymətinin artması region dövlətlərinin bazarlarının enməsinə səbəb olur", —deyə Rusiya Milli enerji təhlükəsizliyi fondunun baş direktoru Konstantin Simonov dedi.
Onun fikrincə, hazırda bütün xammal bazarlarındakı eniş neft qiymətlərinə görə deyil, məhz dolların məzənnəsinin artması səbəbindən baş verir.
Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Ekspertlər neftin qiymətlərindən, onların iqtisadiyyata təsirindən, İrana qarşı sanksiyaların götürülməsi baxımından tendensiya və proqnozlardan danışıblar.
Moskvadan tədbirdə Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.
Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.
Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.