Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya da dolların 2 manat olacağını bəyan etdi

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidСбербанк России
Сбербанк России - Sputnik Azərbaycan
Abunə olmaq
Sberbank Investment Research: Brent markalı neftin bir barrel üçün qiymətinin 25 dollara düşməsi, manatın zəifləməsinə və nəticədə 1 dolların 2 manat səviyyəsinə çatmasına səbəb olacaq.

BAKI, 21 yan-Sputnik. Rusiyanın ən böyük bankı olan Sberbank-ın "Sberbank İnvestment Research" qrupu manatla bağlı proqnozlarını açıqlayıb.

Sputnik-in məlumatına görə, Sberbank Investment Research analitiklərinin hazırladıqları icmalda bildirilir ki, Brent markalı neftin bir barrel üçün qiymətinin 25 dollara düşməsi, manatın zəifləməsinə və nəticədə 1 dolların 2 manat səviyyəsinə çatmasına səbəb olacaq.

"Manatın hansı həddə dayanacağı sualı hələ ki açıq qalır. Səbəb bazarın neft qiymətləri ilə bağlı qeyri-müəyyənliyidir. Hazırda neftin minimal hansı qiymətə qədər düşməsini proqnozlaşdırmaq mümkün deyil. Əgər neftin qiyməti düşməkdə davam etsə, o zaman manatın dollara nisbətdə məzənnəsi hazırki rəsmi məzənnə olan 1.6-dan zəifləyərək 2 manata yaxınlaşacaq" — deyə investisiya şirkətinin icmalında bildirilir.

Xəbər lenti
0