Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Artıq kim necə bacarırsa, neftini elə satır"

© Sputnik / Murad OrujovВидеомост в пресс-центре Sputnik Азербайджан 27.01.2016
Видеомост в пресс-центре Sputnik Азербайджан 27.01.2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Neft qiymətlərinin düşməsi Rusiyada büdcə kəsirini 3 faizə çatdırıb və vəziyyətdən qeyri-enerji sektorunun inkişafı üçün istifadə etmək lazımdır"

BAKI, 27 yan — Sputnik. "Xammal təchizatçıları olan ölkələr neftə əvvəlki tələbatın və qiymət artımının olmadığını anlayırlar".

Sputnik xəbər verir ki, bunu "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" mövzusunda Moskva-Astana-Bakı videokörpüsü zamanı REA Enerji tədqiqatları institutunun Dünya Energetika Bazarlarının Tədqiqatı Mərkəzinin rəisi Vyaçeslav Kulagin deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin düşməsinin səbəbi istehsalın həddindən artıq olmasıdır: "Neft bazarında təklif tələbi üstələyir. Hamı necə bacarır, elə də satır, yəni ucuz satır".

Rusiya, Azərbaycan və Qazaxıstanın iqtisadiyyatlarından danışarkən isə o, hər üçünün büdcənin toplanmasında problemləri olduğunu deyib: "Eyni zamanda yanacaqdan asılı olan sahələri üçün bu, bir növ şok vəziyyətidir".

Ekspertin sözlərinə görə, neft qiymətlərinin düşməsi Rusiyada büdcə kəsirini 3 faizə çatdırıb və vəziyyətdən qeyri-enerji sektorunun inkişafı üçün istifadə etmək lazımdır.

Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Ekspertlər neftin qiymətlərindən, onların iqtisadiyyata təsirindən, İrana qarşı sanksiyaların götürülməsi baxımından tendensiya və proqnozlardan danışıblar.

Нефтяные вышки в Баку. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya Bankı neftin orta illik qiyməti üzrə proqnozunu endirib

Moskvadan tədbirdə Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.

Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi Elm komitəsinin İqtisadiyyat institutunun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.

Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.

Xəbər lenti
0