Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya Bankı neftin orta illik qiyməti üzrə proqnozunu endirib

© FlickrНефтяные вышки в Баку. Архивное фото
Нефтяные вышки в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya Bankının bundan öncə açıqladığı proqnozda bu rəqəm 51 dollar təşkil edib.

BAKI, 26 yan — Sputnik. Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib.

“APA-Economics” xəbər verir ki, bu barədə bankın açıqladığı hesabatda deyilir.

Qeyd edək ki, Dünya Bankının bundan öncə açıqladığı proqnozda bu rəqəm 51 dollar təşkil edib.

Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığını artırmasıdır.

Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib.

Xəbər lenti
0