CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər gecə yatağından qalxıb sevgilisini dəyişirdi

CC0 / Acharaporn Kamornboonyarush / sleepKişilər sözün düzünü yuxuda deyir
Kişilər sözün düzünü yuxuda deyir - Sputnik Azərbaycan
Abunə olmaq
77 yaşlı kişi gecə yuxulu halda evdən çıxıb, oyananda isə özünü palçıqda, ac timsahların əhatəsində görüb. Kişi qışqırmağa başlayıb və onu polislər eşidiblər. Xoşbəxtlikdən, Ceymsi vaxtında oradan çıxarıblar.

Hər gecə yatağından qalxıb sevgilisini dəyişirdi
BAKI, 26 yan — Sputnik. Lunatizm (Somnambulizm) — xəstəlik olaraq, yuxu zamanı insanın qeri-iradi hərəkətləridir. Lunatikləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən, onları şeytan da hesab etmək olar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb.

"Lunatik" latın sözü olub, "yuxuda gəzən" deməkdir. Lunatiklər hələ yazı meydana gəlməzdən əvvəl mövcud idilar. İlk lunatik isə Şumerlər dövründə yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib.

Yuxu - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yaxşı yuxunun ən vacib faydası

Adətən gecəyarısı durub gəzişən insanlar çox vaxt ev işləri görürlər. Onların ən çox sevdikləri iş isə çirkli paltarları və qabları yumaqdır. Hətta bəzən elə olur ki, lunatiklər evdəykən qonşunun məhləsinə keçir və onların həyətini təmizləməyə başlayır. Lakin onların qeyri-adi hərəkətləri tək təmizlik işləri ilə bitmir və bəzən qorxulu nəticələrə də gətirib çıxarır.

Bir gənc avstraliyalı qadın bu xəstəlikdən əziyyət çəkirdi. O öz sevdiyi şəxslə yaşayırdı, lakin demək olar ki, hər gecə qalxıb öz evini tərk edirdi. Lunatizm bu qadına tanımadığı adamlarla cinsi əlaqədə olmağa da mane olmurdu. Bir dəfə gecə onun sevgilisi oyanıb onun evdə olmadığını görərək axtarmağa başlayır. Sonra isə onu küçədə yarı yuxulu vəziyyətdə başqa bir insanla tapır. O hadisədən sonra onların münasibətlərinin necə olduğu məlum deyil, lakin qadın uğurlu müalicə aldıqdan sonra oxşar hadisələr bir daha baş vermir.

Yuxu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yuxumuzdakı kabuslar bizə nə deyirlər?

Kanadalı Kennet Parks isə bu xəstəlikdən 20 yaşından əziyyət çəkirdi. İşini itirərək böyük borclara girəndən sonra onda lunatizm yaranmışdı. 1987-ci ilin may gecələrindən birində o, yatağından durub avtomobilinə oturaraq öz həyat yoldaşının valideynlərigilə gedir. Kennet öz qayınatasını möhkəm yaralayır, qayınanasını isə qətlə yetir. Polislər onu yuxulu halda tutdular, lakin şüursuz vəziyyətdə olduğundan onu azadlığa buraxdılar.

Yuxusuzluq da bəzən lunatizmə çevrilir. Timati adlı bir amerikalı uzun müddət yuxusuzluqdan əziyyət çəkirdi və bir gün öz avtomobilinin sükanı arxasında yuxuya dalaraq ağaca çırpıldı. Bu hadisədən sonra o, öz sağlamlığını düşünərək həkimə müraciət etdi. Həkim isə ona çox güclü yuxu dərmanı yazdı. 2009-cu ilin qışında Timati ilk dəfə o preparatdan istifadə etdi, səhəri gün isə onun yarıçılpaq donmuş bədənini qarın içində tapdılar.

Ceyms Karrens isə uzun illər ərzində lunatizmdən əziyyət çəkirdi, lakin ən dəhşətli hadisə onun başına 77 yaşı olarkən gəlib. 1998-ci ildə o, evdən çıxıb, oyananda isə özünü palçıqda, ac timsahların əhatəsində görüb. Kişi qışqırmağa başlayıb və onu polislər eşidiblər. Xoşbəxtlikdən, Ceymsi vaxtında oradan çıxarıblar.

Yuxu - Sputnik Azərbaycan
Yuxu ilə bağlı maraqlı bilgilər

Digər hadisə isə İngiltərədə baş verib. Bir cavan oğlan gecə saat 2 radələrində tikinti yaxınlığından keçərkən kranın üstündə yatan bır qızı görür. Oğlan özünü itirmədən dərhal xilasediciləri çağırır. 40 metr yüksəklikdə mürgüləyən qızı ehmalca oradan çıxarırlar. Lakin oyandıqdan sonra qız belə hündürlüyə necə çıxdığını izah edə bilməyib.

Lunatizm səbəbindən xəsarət alan zaman Stüart Millerin cəmi 8 yaşı vardı. Yüksək binanın 4cü mərtəbəsində yaşayan uşaq gecə balkondan yıxılır. Məhkəmə bina sahibini 2 milyon dollar kompensasiya ödəməyə və bütün balkonları qorumağa məcbur etsə də, o hadisədən sonra uşaq şikəst qalır.

Qeyd edək ki, lunatizm irsi xəstəlikdir. Yəni əgər nəsildə kimdəsə bu xəstəlik varsa, onda gələcəkdə də övladı və ya nəvəsinin bu xəstəliyə tutulma ehtimalı yaranır.

Xəbər lenti
0