CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Jurnalistlərin binası"nın qaz dərdi

Abunə olmaq
"Jurnalistlərin binası"nda yaşayanlar qazın keyfiyyərindən, "20-ci sahə"nin Şahlar Allahverdiyev küçəsinin sakinləri isə ümumiyyətlə qazın olmamasından narahatdırlar

“Jurnalistlərin binası”ın qaz dərdi
BAKI, 25 yan — Sputnik. Bakının Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində sakinlərin qazla təminatında problemlərin olması barədə mediada ardıcıl məlumatlar getməkdədir. "Jurnalistlərin binası"nda yaşayanlar qazın keyfiyyətindən, Şahlar Allahverdiyev küçəsinin sakinləri isə ümumiyytələ qazın olmamasından, ən yaxşı halda isə zəif gəlməsindən narahatdırlar.
Газопровод - Sputnik Azərbaycan
Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

""Azəriqaz" iki ildir "Jurnalistlərin binası"na qaz əvəzinə hava satır". Bunu həmin binada yaşayan, "Azadinform" İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev özünün "Facebook" səhifəsində yazıb.

"Yüz dəfə şikayət, müraciət etmişik. Amma şikayətə baxan yoxdur, gəlib, qurdalanıb gedirlər, heç bir tədbir görmürlər", —deyə jurnalist yazıb.

N. Niftiyevin sözlərinə görə, ilk növbədə qazın həm təzyiqi, həm də keyfiyyəti məsələsinə diqqət yetirilməlidir: "Həmin binada yaşayandan mütamadi olaraq qaz təchizatında problemlər hiss edirik. Bu həm qazın təzyiqi məsələsində, həm də keyfiyyəti məsələsində özünü göstərir. Xüsusən son aylarda bu problem bizi daha çox narahat etməyə başlayıb. O evlər bizə veriləndən sonra hər cür texniki avadanlıqla təmin olunmuşdu. Bir çox bina sakinlərinin kombiləri keyfiyyətsiz qazın nəticəsində sıradan çıxıb. Şəxsən mən artıq ikinci kombini almışam. Digər problem də qazın qoxusu ilə bağlıdır. Səhər qazı açarkən qazdan daha çox hava qəbul eləyirik. Hava ilə yanaşı da bərbad bir iy gəlir. Bu barədə dəfələrlə "Azəriqaz"ın qaynar xəttinə və mətbuat xidmətinə müraciət etmişik ki, bu problemə birdəfəlik son qoyulsun. Amma, təəssüf edirəm ki, son bir ildə vaxtaşırı, demək olar ki, mütamadi edilən müraciətlərimizə baxmayaraq, Səbail rayon qaz istismar idarəsinin əməkdaşları gəlib bir-iki dəqiqə görüntü verib getməklə kifayətləniblər".

Masazırda mitinq - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yeni Bakı" sakinləri etiraz edir

Şahlar Allahverdiyev küçəsində isə vəziyyət eyni olsa da, daha dözülməzdir. Sakinlər keçən ilin dekabrın 29-dan evlərinə qaz gəlmədiyini, nəticədə qışın soyuğunda olmazın çətinliklərlə üzləşdiklərini deyirlər.

Sputnik-ə açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin hər iki məsələyə münasibəti belə oldu: "O ərazidə qaz xəttində tıxanma əmələ gəlib. Qaz xətləri həyət evlərinin içi ilə keçdiyinə görə problem yaranır. Əməkdaşlarımız orada olublar mənə verilən məlumata görə tıxanmanı aradan qaldırblar. Qonşuların həyətindən keçən xətlərin üzərindəki qeyri-qanuni birləşmələri də ləğv ediblər".

Onun sözlərinə görə, hazırda qaz təchizatını bərpa ediblər orada hər hansı problem yaşanmır: "Dünən "Jurnalistlərin binası" ilə bağlı məlumat daxil olmuşdur. Əməkdaşlarımız həmin mənzillərin birində yox, bir neçəsində texniki baxışlar keçirdilər. O mənzillərdən zəng vurub məlumat verdilər ki, nə havanın gəlişi ilə, nə də keyfiyyətlə bağlı hər hansı problem yaşanmır. Tələbata uyğun mavi yanacaqla təmin olunurlar. Yəni "Jurnalistlərin binası"nda hər hansı problem yaşanmır".

Xatırldaq ki, qış ayları başlayandan paytaxtın bir sıra yerlərində, o cümlədən Yasamal rayonunda da qazın verilişində problemlər müşahidə olunmaqdadır.

Xəbər lenti
0