Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Peşəkar idmançı Bakıda “Formula 1” keçirilməsinə qarşıdır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidFormula 1 yarışları. Arxiv şəkli
Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Formula 1 yarışlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı Sputnik əməkdaşı idman sahəsi ilə bilavasitə əlaqəli olan şəxslərin münasibətini öyrənib.

BAKI, 25 yan – Sputnik. 2016-cı ilin yayında Azərbaycanda növbəti beynəlxalq idman tədbiri — "Formula 1" yarışlarının Avropa Qran Prisi keçiriləcək. Bu yarışların Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı Sputnik əməkdaşı idman sahəsi ilə bilavasitə əlaqəli olan şəxslərin münasibətini öyrənib.

Rəşad Rafiqoğlu – idman şərhçisi: 

© Photo : Rashad RafigoghluRəşad Rafiqoğlu, idman şərhçisi
Rəşad Rafiqoğlu, idman şərhçisi - Sputnik Azərbaycan
Rəşad Rafiqoğlu, idman şərhçisi

“Təbii ki, belə bir yarışın Azərbaycanda keçirilməsi böyük hadisədir, çünki “Formula 1” dünyanın ən nüfuzlu yarışlarından biridir. 180 ölkəyə yayımlanır və  həm də Azərbaycanın tanınması üçün önəmlidir.

Yarış şəhər küçələrində keçiriləcək ki, Bakının küçələrini də canlandıracaq, eyni zamanda nəzərə alaq ki, xüsusilə gənclər bizdə maşın sürməyə çox həvəslidir. Ona görə azarkeş baxımından da problem olmamalıdır.

Hələ turistləri də yaddan çıxarmaq olmaz, yəni yarışın gəlir gətirməsi və ölkəmizin turizm potensialının artırılması baxımından bu onəmlidir.

İnanıram ki, Bakı Qran Prisi həm idman, həm də iqtisadi baxımdan uğur qazanacaq”.

Anar Süleymanov — Buda döyüş növləri üzrə dördqat Avropa və Dünya çempionu:

© Photo : Anar SuleymanovAnar Süleymanov, dördqat Avropa və Dünya çempionu
Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu - Sputnik Azərbaycan
Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu

“Formula 1 yarışına görə də artıq indidən şəhərdə bəzi aktiv yollar bağlanır, təmir olunur. Bu da maşınların gediş- gəlişinə problemlər yaradır, insanlar əziyyət çəkir.   Bununla yanaşı bir tərəfdən düşünürük ki, bu yarış Azərbaycanı dünyaya tanıdır. Digər tərəfdən baxanda Azərbaycanın öz idmançıları hazırda əziyyət çəkir. Xüsusilə qeyri- olimpiya idman növündə döyüşən idmançılar maaşsızdır, işsizdir.  Buna görə idmanı tərk edib başqa işlə məşğul olmaq məcburiyyətində olurlar. 

Əlbəttə ki, mənim üçün də çox xoşdur ki, ölkədə belə tədbirlər keçirilsin.  Amma düşünürəm ki, Azərbaycan iqtisadiyyatının bu vəziyyətində  ölkə buna  hazır deyil. Bir sözlə, məncə bu yarış hələ ki, keçirilməsə yaxşıdır. Çünki, büdcəyə daha da ziyan etmək indiki vəziyyətdə heç də yaxşı hal deyil”. 

"Formula 1" yarışlarının Avropa Qran Prisi 2016-cı il iyunun 17-dən 19-dək Bakıda keçiriləcək.

Xəbər lenti
0