Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda "Formula 1" yarışının başlama vaxtı bəlli oldu

© Synergy.azBakıdakı Formula 1 yarışları
Bakıdakı Formula 1 yarışları - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda keçiriləcək "Formula 1" yarışı ilə Fransada baş tutacaq 24 saatlıq Le Man marafonu üst-üstə düşməyəcək.

BAKI, 22 yan — Sputnik. 2016-cı il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Bu barədə Sputnik-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) xəbər verilib.

Məlumata əsasən, Bakıda keçiriləcək "Formula 1" yarışı ilə Fransada baş tutacaq 24 saatlıq Le Man marafonu üst-üstə düşməyəcək. Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox Formula 1 yarışının olduğu sezondur. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) ötən dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olundan sonra il ərzində Formula 1 üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.

Xəbər lenti
0