BAKI, 22 yan — Sputnik. "Almaniyanın Drezden şəhərində Azərbaycan Multikulturalizm Mərkəzinin filialı açılıb. Filialın rəhbəri professor Briciddir. Və bu, ilk filialdır ki, fəaliyyətə başlayır. Yaxın günlərdə Portuqaliya, Qazaxıstan, Rusiyada da belə filialların açılması nəzərdə tutulub".
Sputnik xəbər verir ki, bunu bu gün jurnalistlərə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib. K. Abdulla, eyni zamanda Azərbaycanda ermənifobiyanın olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.
"Azərbaycanda ermənifobiya yoxdur. Bunu biz sözlərimizdə deyil, əməllərimizdə sübut edirik", —deyə Dövlət müşaviri vurğulayıb.