Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda hansı dövlət şirkətləri özəlləşdiriləcək?

© Sputnik / Murad Orujovстюардессы AZAL
стюардессы AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hətta Dövlət Neft Şirkətinin də səhmləri satışa çıxarıla, onun heç olmasa 20 faizi satıla bilər və qalanı dövlətdə qalar. Azərbaycan dövlət aktivlərinin özəlləşdirmə prosesində Şərqi Avropa ölkələrinin təcrübəsində istifadə edə bilər"

BAKI, 22 yan-Sputnik. Azərbaycanda dövlət aktivlərinin özəlləşdirilməsi məsələsi gündəmdədir. Hansı dövlət aktivləri özəlləşdirməyə çıxarıla bilər və bu prosesdə xarici şirkətlər iştirak edə bilərmi?

© AzadliqOqtay Haqverdiyev
Oqtay Haqverdiyev - Sputnik Azərbaycan
Oqtay Haqverdiyev

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Oqtay Haqverdiyev Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda dövlət aktivlərinin özəlləşdirilməsi qanunvericiliklə tənzimlənir: "Hər halda dünya təcrübəsində hər ölkə özü qərar çıxardır ki, bunu xaricilər ala bilər, ya ala bilməz. Bizdə misal üçün strateji sənaye var. Neft şirkətini götürək. Biz bunu kiməsə verə bilmərik axı. Yenə də deyirəm, bu, qanunvericilikdən asılıdır".

Ekspert özəlləşdirilməyə başlamağı vacib sayır: "Misal üçün, neft şirkətinin özünün səhmləri buraxılsın və onun heç olmazsa, 20 faizi satılsın, qalanı dövlətin olsun. Necə ki, Rusiyanın neft şirkətlərinin hamısında dövlətin payı var. Bizdə də, misal üçün bu yolla getmək olar".

O. Haqverdiyev "Azərenerji"nin də özəlləşdirilməli olan şirkətlər sırasında görür: "Bu gün, demək olar ki, iqtisadiyyatın hamısı dövlətin əlindədir".

"Bu prosesdə hansı xarici ölkənin təcrübəsindən istifadə etmək olar?" sualına cavab olaraq ekspert deyib ki, bu prosesdə Şərqi Avropa ölkələrinin təcrübəsindən yararlanmaq ola bilər. Onun sözlərinə görə, Çexiya, Macarıstan, xüsusilə Polşa kimi ölkələr bu yolu keçiblər.

"Hər halda bunlardan təcrübə kimi istifadə etmək olar. İlk növbədə qanunvericilikdən başlamaq lazımdır. Xaricilər də bilməlidir ki, nəyi almaq olar, nəyi olmaz", —iqtisadçı deyib.

Onun sözlərinə görə, özəlləşdirmə prosesi, ilk növbədə büdcəyə vəsait daxil olması üçün keçirilir: "Çünki, yaxın illərdə bizim büdcəmizin artması gözlənilmir. Ona görə indiki xərcləri azaltmaq lazımdır. Özəlləşməni qiymətlərin yaxşı olduğu vaxt həyata keçirsəydilər, indi bizim bu vəziyyətdən çıxmağımız daha asan olardı".

"Azərbaycanın əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən, hökumətin strateji aktivi olan SOCAR özəlləşdirilməyəcək".

Sputnik xəbər verir ki, bu barədə "RİA "Novosti" agentliyinə müsahibəsində prezident İlham Əliyev açıqlama verib.

SOCAR ГНКАР - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın ən strateji aktivinin gələcəyi bəlli oldu
"Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq", —deyə dövlət başçısı bildirib.

Prezident SOCAR-ın dövlətin strateji aktivi olduğunu və bu səbəbdən onun özəlləşdirilməsinin müzakirə mövzusu olmadığını qeyd edib. İlham Əliyev Rusiya şirkətlərinin Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak etmə ehtimalına da toxunub.

"Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələlik müraciət edən olmayıb", —deyə Prezident vurğulayıb.

Xəbər lenti
0